4 aylıq Facebook orucundan geri dönüş

4 aylıq Facebook orucu
4 aylıq Facebook orucu

2012 ci ilin yanvarın 16 sında mən birdəfəlik Facebooku tərk etmək qərarına gəldim. Bu qərar əslində çoxdan yığılmış səbəblər kütləsinin təziqindən irəli gəlirdi. Necə ki, siqareti birdəfəlik atmaq lazımdır, Facebook-dan da eləcə can qurtarmaq istəyirdim.

Bu yazını yazmaqda məqsədim, 4 aylıq gəlmiş keçmiş zaman içində Facebooksuz həyat, onun üstünlükləri və çatışmamazlıqları haqqında sizinlə bölüşməkdir. İlk olaraq Facebooku tərk edənlərin bir çox ortaq səbəblərini sıralamaq istəyirəm -

  • Zaman israfı
  • Dəyəri olmayan postları məcburən oxumuş olma
  • Davamlı Facebook-u yoxlama ehtiyacı
  • və s digər səbəblər

Əslində bu siyahı çox uzun ola bilər. Çalışdım ki, mənim üçün bu qərarda ən kritik olanları sadalayım. Əlbəttə ki, Facebookdan ayrılma mövzusundakı qərarımı Facebookda hər kəs kimi elan etdim. Bəziləri çox sağol, bəziləri isə, “sən yenə də geri dönəcəksən” şəklində cavab verdi. İndi görürəm ki, ikincilər doğru imişlər. Əslində bu qərarı verərkən heç vaxt geri dönməyəcəyimi düşünürdüm və tamami ilə twitter aləminin mənə yetərli olacağını düşünürdüm, amma bir çox faktorlar mənim bu qərarımdan geri döndərdi.  Onları sizlər üçün sıralamaq istəyirəm -

  • Dostlarla əlaqənin itməsi . Bəzi ünikal və heç vaxt twitterə gəlməyəcək dostları nəzərdə tuturam.
  • Gündəmdən uzaqda qalma. Çox yaxın insanların heyat yeniliklərindən xəbərdar olmaq çox dəyərli imiş.
  • “Sosiallığa ehtiyac”. İnsan sosial məxluqdur və səhər işə axşam evə gəlməklə bu sosiallıq ehtiyacının bir hissəsini online üzərində dostlarla edirsən.

Keçmiş 4 ay ərzində nələr oldu nələr keçdi, facebooku tərk edən bir insanın vəziyyəti necə olur, onu da sizinlə bölüşmək istəyirəm.

Buna əmin olun ki, Facebooku tərk etmək iradə tələb edir, uzun zaman sosiallıqdan uzaq qalmaq isə 3 qat iradə tələb edir. Facebooku tərk etmək cətin deyil, həyat qaydasında gedir, əlavə zamanın yaranır, hətta o zamanı daha faydalı işlərə sərf edirsən. Bu tərəfdən facebookdan uzaq olmaq mənə keçmiş 4 ay ərzində çox fayda verdi. Səhərlər oyanarkən Facebook yerinə Twitteri yoxlamaq artıq adət oldu. Twitter aləmi mənim üçün həmişə əziz olub və olacaq da, çünki onun sadəliyi və məqsədə yönəlikliyi məni valeh edir.

Bundan başqa Facebookda mənasız postları oxumaq məcburiyyətim olmadi. Yalnız lazımlı məlumatlari alıb oxudum. Bu mənim ən bəyəndiyim tərəfi idi bu ayrılığın. Bəzən gündə 10-15 post edən insanların postlarını listimdən silib silməmək qərarı asan deyildi, xatırlayıram.

Nələr çətin idi, onu da sizinlə bölüşüm. Məncə sizin bu yazıdan ən çox gözlədiyiniz hissəsi budur. :) Dediyim kimi, gündəlik həyat keyfiyyətinə pozitiv təsir edir , amma, ƏN çox təsir edən, dostlardan əzizlərdən uzaq olmaqdır. Bu bəlkə də mənim yenidən Facebook akauntunu açmağımın səbəbindən 90% dir. Elə dostlar var ki, onlardan o qədər darıxdım ki , və gördüm ki, Facebookdan başqa bizim başqa bir kontaktımız yox imiş. Bu çox acıdır, amma həqiqətdir.

Geri dönərkən Facebooku yenidən açmış kimi düşündüm və bəzi qərarlar vermək qərarına gəldim ki , Facebook təcrübəsini daha faydalı etmək olsun. Onları da sizinlə bölüşmək istəyirəm.

  • Boşuna zaman israfının qarşısını almaq üçün əsasən telefondan və yalnız müəyyən müddətlərdə/intervallarla facebooku oxumaq
  • Dostlar siyahını sterilləşdirmək. Faydalı olmayan postları yazanlarla sağollaşmaq.
  • Yalnız ən önəmli mövzuları, materialları post etmək. Başqalarına faydalı olmayacaq, sadəcə zaman israfına səbəb ola biləcək materiallardan maksimum uzaq olmaq.
  • Arada qısa müddətli “Facebook orucu” tutmaq.
Bu yazını yazmaqla umidvaram ki, həm sizə faydalı ola bileceyem. Facebooku tərk edənlərin eləcə də tərk etmək düşüncəsində olanların qərar qəbul edərkən nələri düşünəcəklərini önə çəkməyə çalışdım. Xülasə olaraq mən hər kəsə qısamüddətli “Facebook orucu” tutmağın faydalı olacağını çatdırmaq istəyirəm. Necə ki, Ramazan ayında tutduğunuz oruc sizin sağlamlığınız və bədənin təmizlənməsinə səbəbiyyət verir, bu oruc da sizin daha faydalı olmanıza, rahatlamanıza, asıllıqdan qurtulmanıza şərait yaradır.  Bu sizə hər şeyi daha yaxşı düşünüb və özünüz üçün daha effektiv  istifadəyə necə çata biləcəyiniz mövzusunda kömək edəcək. 
Uğurlar hər kəsə !

 

Elə bilirsiniz ki, siz hər şeyi özünüz qazanmısınız ?

Uzun zaman olub ki , burada yazmırdım. Yenə də buradayam, sizinləyəm.

Bu dəfə istəyirəm sizinlə çoxdandır bölüşmək istədiyim bir mövzunu paylaşım. Günümüzün problemi, həyatımızın məzmununu itirən bir məvhum. Qürurlanmaq, təkəbbürlənmək, bunları mən etdim demək, bunlari mən qazandım demək, bunlar mənimdir demək…

“Pul adamın ağlını çaşdırır, yolunu azdırır” – bu ifadəni çox eşitmişik. Deyilmi ? Hami düşünür ki, yox, mənim coxlu pulum olsa elə olmaram. Demək asandır. O məqama gəlməyincə bunu əminliklə demək olmaz. Necə necə igidlər bu sözləri söyləyərək özlərini bu çıxılmaz palçığa salıblar.

Bu arada rastıma gələn və çox bəyəndiyim bir ifadəni sizinlə bölüşmək istəyirəm. “Şöhrət, qəlbi sıradan çıxardan zəhərli bir bal kimidir”.    Kim bu balı dadarsa və ağlı, zəkası, dünya qavrayışı hələ də yerindəysə o halda yenə də hər şeyi ətralı düşünüb özünü doğrulda bilər. Əks halda isə, həmin adam o baldan ləzzət alaraq, bu qısa dünyada , qəlbini zəhərləyərək həm bu dünyada həm də ki o biri dünyada özünə bir gün ağlamayaraq zamanını keçirdər və israf edər.

Nədənsə ziyanlı şeylər həmişə diqqətçəkən və həvəsləndirici olur. Günahlar dadlı həvəsli və cəlbedici olur. Əslində bu belə olmasaydı onsuz da  imtahanın mənası olmazdı. Günah cəlbedici olmalıdır ki , onun qarşısında səbr edənlər hədiyyəsini alsınlar, səbr etməyənlər də cəzasını. Günah cəlbedici olamalıdır ki ,  Allah üçün ondan uzaq qalınıb doğru yola bağlanasan.  Yolda gedərkən, yolun kənarında olan əyləncə məkanlarını görürsünüz. Onların içində nə  baş verdiyini tam bilməsəniz də səs, musiqi, dadlı yeməklərin qoxusu sizi vurur. Halbuki, sizə biraz əvvəl deyilmişdir ki, bu şəhərdə əyləncə məkanları təhlükəlidir, siz qərar verirsiniz ki, bu əyləncə məkanına gedəsiniz. Məhz bu halda edilmiş addım məsuliyyəti sizin üzərinizdə olur, cunki, xəbərdarlığa baxmadan siz o əyləncə məkanına gedirsiniz.

Mən...

İlk iş, ilk maash. Göründüyü kimi hər şey çox əladır gözəldir. Vaxt gələcək bu vəzifələrdə irəlləmə və yeni yeni vəzifələr və maaşlar sizi bir rəqabət mühitinə salacaq. Daha çox maaş, daha çox vəzifə. Daha yaxşı yerdə işləmək pisdirmi ? Əlbəttə ki, yox. Qətiyyən. Amma daha yaxşı vəzifə və daha yaxşı maaş məsələsini həyatın ilk prioriteti edib bunun üçün ağına bozuna baxmadan vuruşmaq, bax bu yaxşı deyil. İnsanı içdən yeyən bir qurd kimi, insanın daxili aləmini yeyərək geriyə bir vəzifə sevdası saxlayır. Bir də ayılırsan ki, illər keçmiş, zaman keçmiş, səninsə etdiyin hərhansı bir vəzifələrdən kecib, özünə yüksək bir kreslo əldə etmisən. Bu qədər. Bəs Ailə? Bəs Ölkən ? Bəs Vətənin və Millətin? Bəs Allah qarşısında olan börcların ?… Yarışırsan, çalışırsan, amma nə üçün? Bəlkə bu sualı da özünüzə verə bilərsiniz.

Yalnız özüm etdimmi bunu ?Eviniz, maşınınız, bağ eviniz var, ailənizin ehtiyaclarını ödəyirsiniz, şükür, amma əlinizə pul gəlir və düşünürsünüz. “Mənim daha nəyə ehtiyacım var ki ?” . Əslində şəxsiniz adına bütün ehtiyaclarınızı ödəmisiniz. Kənardakılara baxırsınız. Qonşumun, qohumumun nəyi var ? Bəlkə mən də ondan alım və beləliklə qərar verirsiniz ki , siz özünüzə ikinci maşın və ya rayonda torpaq sahəsi almalısınız. Bu nöqtədən etibarən bu məqsəd üçün çəkdiyiniz əziyyətlər və s. hamısı məhz sizin ehtiyacınız olmayan, sadəcə istəmədən düşdüyünüz bir rəqabətin bir prosesin nəticəsidir. Bu kimi arzular istəklər zaman zaman daha da çoxalır və son nəticədə bir gün ayıla bilərsiniz ki, ömrünüzü mal mülk yığmaqla keçirmişsiniz amma yaşınız 60-70 ə gəlmiş, və əlinizdə olan 5 evdən yalnız birində yaşayırsınız və 3 maşından heç birini sürmürsünüz. Bədən taqətdən düşüb, xəstəliklər sizə rahatlıq vermir, ölümə hər keçən gün daha az vaxt qalır…

Övladlarınız üçün mu bunu etdiniz ? Bəs onlar asan əldə olunmuş malın mülkün qədrini biləcəklərmi ? Hazır əllərdində hər şey olunca çalışmaq həvəsi olacaqmı onlarda ?  Sizin əziyyət çəkib “qazandım” deyə düşündüyünüzüz o malı və mülkü Allah sizə verdi. Qurani Kərim ifadəsiylə desək – Allah malı istədiyinə, Elmi isə istədiyinə verir. Allah verdi və istədiyi vaxt da ala bilər. Ona görə siz özünüzdən sonra geriyə buraxdığınızdan da övladlarınızın bəhrələnə biləcəyindən də əmin deyilsiniz.  Mən demirəm ki, mal mülk sahibi olmayın, xeyir, amma , bunu ehtiyaclarınıza uyğun edin və malınıza mülkünüzə heç vaxt güvənməyin. Zəkatını verin, Şükrünü edin, Allaha bunları məhz sizə bəxş etdiyi üçün təvəkkül edin.

Siz oturmuşdunuz öz yerinizdə və Allah sizin üçün qapıları açdı və buralara gətirdi.  Əgər hələdə özünüzdən qürurlanmağa səbəbiniz varsa o halda bu haqda bir daha düşünün. Yer üzündə hec bir kəsin qürurla gəzməyə haqqı yoxdur.

 

Özünüzə yaxşı baxın, əzizlərim…

 

 

Style of management

There is no concrete formula of successful management. If you read different books, articles and other resources you will have a terrible mix of the different approaches. In core they are the same, but depending on the culture, values, life standards and e.t.c they can be steered with different angles of focus.

Today i want to share with you some ideas which i had and which i learned recently. Strongly believe that this is something that you need not only at work but at home or any place where you are in a relationship with the people.  Recently i had training named SLII (Situational Leadership II). Actually before i came to here i thought , yes, it sounds good but , you know, i already had the Situational Leadership training before , so it will be almost the same anyways. But it came out that this training was really more practical than i expected. which is you can apply to your daily life.I also learned that , what i did not do right before and what i can improve for the future. Which i think is really valuable if you can spot.

In short, everyone is so different. thats why people are divided into 2 main groups. One of them are the ones who prefers management more in “directing” form, others in “supporting” form. You might think that directing way is not good and it decreases self trust on people you work with. Yes, i also have been supporter of this idea. Giving people more area to open hands and try on their own. Not to limit them to your expertise which also is not guaranteed right direction. Reality out of this training was that, there are both needed and both are good. The only think is that, we should know when to use with what.

Let me share with you an example : Imagine you are working and you have a dream wish you be a professional swimmer and do it with ease and joy. So, as model says, you are in “Development Level 1″(D1) where you have a lot commitment and entusiasm, but no knowledge and skills. You can even call yourself enthusiastic beginner. :) Since that better describes you. Normally in this level people will go directly to swimming pool and they are more in trust that they can do whatever is needed. But now, reality comes. Trainer tells you “NO”.  You have to be prepared, and you have to spend doing this , this and this before going to the main pool.

So, in short as you see, if you are beginner , and dont have skills and knowledge the best think that can be made to you is to be directed, not supported. Just imagine, the trainer tells you, ok, my son, if you think that you can, go and have it, may be  you are right that from the first day you can swim as everyone :) Sounds funny isn’t it ? :)

So now, lets describe D2 (Development Level 2). You tried your first time understood reality as it is something different what you imagined. it was hard to keep yourself on water, and even one time you had the risk of going under water. So now what happened? You lost your confidence what you had before, and still you dont have skills of swimming. That sitation happens to us a lot.  This is actually the hardest time for a person , to go or to leave the wish. So in this level you have in your mind questions like “Should i do this ? “, “I’m not sure whether i can manage this…”, “It is really hard what i expected..” and e.t.c . In this situation you again , need the “direction”, but , this time it should be really applied softly and understanding. Since people heading into the D2 are really frustrated and might decide to leave the challenge. So your trainer, now talked to you, asked you what you think about , and you explained your experience. Then he told you that, everyone passes thru this and if you train 2 times a week during next month, at the end of month you can get much of the skills needed.  Now, as you can see, it is still directing, showing concrete steps but, really trying to understand what is the real difficulty is. You listen, you understand where is problem, and depending on this, you direct.

One month passed, you learned some skills, but you still swim with your trainer for any case if you fail to be on water. Your trainer sees that you can manage to swim alone, but, you don’t want him, to leave you since you don’t have confidence enough to do this alone. Now it is time where the support comes in. D3 , is the level where you are. You have some competence, even not at high level, but you can do this, but you dont have enough confidence on yourself.In this situation the best what trainer can do to you, is to talk with you , again listen  what you think about, how you can improve yourself,

 

Now, you had change to swim for the some months and you gained confidence on yourself. Also you headed some challenges which you learned how to overcome them. You can swim without your trainer and your trainer also knows that you can manage without him. So this level is the last one, D4. Where you have confidence, commitment and all needed skills to complete the job successfully. In this level the best for the manager is just to delegate and still be around if he needs some advices. Actually the delegation is best what can happen to the manager, since, manager is sure that the task will be completed with the maximum quality from the person who have confidence and commitment to complete it.

 

Now we completed all the cycle of the different levels of develepment and the best ways of management that can be applied for each. There is no ideal best or worst management style, there is question of matching. Which management style is applied for which case. If we do it with success, then,  in shortest time people can get to D4 level, the level wished by every manager, to delegate.

For those who are interested in details of the approach , please take this link :  Situational Leadership II

Thanks to Bulent Levi for the excellent training which influenced me much !

 

“Grow, your team, and you will Grow, Grow your manager and you will Grow” -  Thanks to my friend who shared this idea with me and i really bought it since, i’m confident this is the real destination to go.

 

2 ay sonrasında geriyə dönüş

Həqiqətən artıq 2 ay olmuşdur ki, evdən, vətəndən, dostdan, yoldaşdan uzaqdasan. Alışmış olduğun mühiti tamamilə fərqli bir mühitlə dəyişmisən,  yeni mədəniyyət ilə tanış olmusan, onun standatlarını orada yaşadığın müddət üçün qəbul etmisən. Yaşamaq təkcə işləmək, yeyib icmək və  istediklərini etmək deyil ki.. Bəs cəmiyyət, bəs vətənə xalqa olan bağlılığın və münasibətlər, bəs ailə, bəs…. Sənin torpağin olmadığı yerdə nə qədər də krallar kimi yaşasan da, fiziki bədənin tətmin olsa da, içindəki mənəvi “sən” – in hələ də əl qolu bağlı şəkildə oturub lakin, sərhədsiz səbrlə sənə güvən verir, “hər şeyin bədəli ödənilməlidir” deyir.

Bəli, həyat bir imtahandır. Bunu mən demirəm. Bunu indiyə qədər gəlib keçənlərin hamısı deyib. Vəya Qurani Kərimin ifadəsilə “bu dünya, axirət dünyasının tarlasıdır”. Bir şey əkməlisən ki, bir şey biçəsən. İmtahanda əziyyət çəkməlisən ki, gözəl qiymətin bəhrəsini alasan. Biz də, getdik, vəfa borcumuzu verməyə çalışdıq. Məhz bu imtahat üçün çalışdıq. Kim bilir, bəlkə də gedib o insanlarla ünsiyyətdə olunca, bu ünsiyyət nəticəsi olaraq çox xeyirli nəticələr ortaya çıxacaq…

Hal hazırda İstanbul havalimanındayam. Meyvə suyunu içərkən hisslərimi, düşüncələrimi sizinlə bölüşməyə çalışıram. İstanbulun havası bir başqadır. Bunu burada olar hər kəs deyir. Hələ bir Nepal kimi bir yerdən , fərqli mədəniyyət və insanların olduğu yerdən gələn adam üçün tam fərqli… Bir başqa tərəfi də, bura adamın özünküdür, canı, qanı eyni olan bir millətin yaşadığı yerdir. Səmimi hisslər doğurmasın da, necə olsun.  Müsəlmanların yaşadığı ölkələr üçün ümumi bir xüsusiyyət – Təmizliyə xüsusi diqqət. Kathmanduda təmizlik mövzusu əfsuslar olsun ki, ilk sıralarda olmadığı üçün əlbəttə ki, mənim ilk olaraq, sevindirən şeylərdən biri oldu.

Kathmanduda olduğum son 2 gün ərzində 2 məni çox hüzünləndirən hadisənin şahidi və məlumatlısı oldum. Birtərəfdən yaxşı oldu ki, son günlərdə bildim, çünki o təəsuratlarla davamlı yaşamaq çətindir, çox çətin.

Birincisi ona şahid oldum ki, insanlar necə öz yaxınlarını öz əlləri ilə yandırıllar və qalıqlarını suyu onsuz da az olan çaya tökürlər… Zaman 21 ci əsrə gəlib çıxıb, amma insanlıq hələ də bu metodların davamçısı olaraq qalır. Bu mənzərənin şahidi olmaq asan işlərdən deyil. Həmin gün həm mən, həm də mənim “səyahət” yoldaşım Samir də özümüzü çox pis hiss edirdik. Havasından mı, tüstüsündən mi, üzümüz, gözümüz, qulaqlarımız qızarmış və o halda otelə dönmüşdük.. Nə yaxşı ki, anında alınan duş və biraz fərqli kitab oxumaq xeyri dəymişdi.  Həmin yerdən yol boyu evə gələnədək, küçədə yeriyən, işləyən, bizim avtomobili motosikl üzərində keçən hər kəsin bir bir üzünə baxmağa çalışıb və sanki bu sözləri demək istəyirdim “Neujeli,,,,,,, sən qəbul edirsən ki, səni də aparsınlar orada 350 kilo odunun arasına qoyub yandırsınlar ?? Həə? Niyə susmusan ?… “.   Sizin dininizə inanışınıza hörmət edirəm, amma, məndən soruşsanız, ƏMİN olun ki, bu həyatdan sonra ikinci dəfə, başqa formada məhz bu dunyaya gəlmə söhbəti yoxdur. Öldünüz, bir daha qiyamət günündə haqq – ədalət məhkəməsi qarşısında hesab verərkən özünüzü tapacaqsınız. Yandırmaq isə yalnız Bir olan Allaha məxsusdur. İnsan nəyinki, bir insanı hec bir digər canlını yandıraraq məhv etmək haqqının sahibi deyildir.

İkinci hadisə isə, bu mövzuda yazmaq istəməsəmdə Nepalın rəsmi olaraq bu mövzudakı münasibətini biləndən sonra yazmağa qərar verdiyim, bu dünyanın başını yerlərə soxan, eyni cinsli toplumlarin qəbul etməsi hətta təşfiq etməsidir. Yaxın bir dostumun mənin facebook hesabımda divara əlavə etdiyi məqaləni oxuduqdan sonra dəhşətim çox artdı.  2011 ci ili Nepal Turizm ili etməsinin altında məhz bu “insanları” turist qismində qəbul etmək üçün xüsusi proqram hazırlayıb, gözləntiləri var. Xüsusi cəmiyyət qurub, xüsusi reyslar düzənləyir. Ay Nepal, Sənin bugünki halında, iqtisadı, siyasi, sosial stabillik olmayan ölkədə bu sənə lazımdır ?  Özünü bununla Avropaya yaxın eləmək istəyirsən ? Vallahi sənə deyirəm ki, onlar bizim tərəfə də gəlmək istəmişdilər, yaxşı ki, Milli məclisimiz bunun qabağını alıb. Qurani Kərimdən Lut qəvimi haqqında oxusanız, onların bu davranışlarına görə Allahu Təala yer üzünü onların başına çevirib və onları məhv edib. Bu sizə bir şey demir?? Hələ bu azmış kimi, Nepalda işlədiyim yerdə işçilərdən birinin də məhz bu şəkildə olmağını öyrənməyim lap məni şoka saldı…

Yaxşı ki, bu hadisələrin effekti meni birtəhər etməmiş mən təyyarəyə minib evə qayıdıram. Doğma ev, Ailə, İş, səmimi və düvəndiyin insanlar…

Bakıya hələ çatmamışam, Amma inşAllah çatnağın zövqünü indidən hiss edirəm.

Sevgilərlə,

İmran.

=============================

Və, geridə son günlərdən, bu xatirələr qaldı…

Komment yazmayacağam…

Flight experience – Flydubai

Hi my dears,

I’m again online with you. Today i want to share with you my experience i had with Flydubai. Here i include a note which i wrote when i was waiting in the airport because of the missed connection flight and the experience i had on the back flight.

Date 28th of December. From Kathmandu to Baku. Sitting in one of the chairs in front of the closed gate in Dubai Airport, terminal 2 at 3:00 am i’m typing in my 28% battery remained laptop.

Now sitting in Dubai airport, decided to share with you all what happened with me during the last 24 hours and share with you some advices especially regarding the airline, flydubai.

I’m stuck in Dubai airport because the flydubai flight from Kathmandu was late for 1 hour and flydubai to Baku did not wait for me and closed the gate. (ordinary connection time 70 minutes). The next flight is 18 hours later and no accommodation was provided. Only food , which was from McDonald’s, that’s it. Also they express that they even do not re-reserve for the next flight, but, they are “so” kind to me and they do it for me.  If someone would tell me this story I’d call it all nonsense, but this happens to me and I think I would never and never will trust Flydubai again.

I’m around 1.5 months on business trip in Kathmandu and for the new year I planned trip to share a week with my family. I missed them much. My wife, and my 2 years old kid. Also my brother and his family also prepared to come together for dinner for my arrival. I also have some presents for them which I want to share with them as soon as it is possible to share the happiness. It is quite a long time that I’m away from those lovely people, my close relatives.

Everyone who knows me they are aware that I’m not that risk-taker one and I prefer to plan plan plan almost all the single details before I do something. Especially when it comes to the flights and travels I reserve it before hand and arrive to airport at least 3 hours before. Most of the times I’m the first one who checks in.

This time I also did so. Bought the ticket around 25 days before. Escaped 2 stop flight of Turkish Airlines which I trust much only because to reach my family and close ones in shortest time. That was the only reason for me. In any case the price is not much of the case since company pays for that and flying other than Star Alliance is not beneficial for me, since I don’t get miles. So taking into the account the whole picture, despite that it was first time I fly other than Star Alliance and I don’t get miles to my account I trusted, I believed to flydubai, and gave them chance. I also get my friends opinion about that , and in some extent they were ok with the flydubai. Then I decided to get the deal with dlydubai.

As I expressed before I came to airport 3.5 hours before the flight and waited half an hour before the check in counter opens. So, passing all the procedures finally I got to the waiting hall.  Those who has been in Kathmandu waiting hall it is somewhat a very crowd closed place. There are 2 screens , one of them shows famous Indian music and dances, another one supposed to show the flight timings. :) And it shows , but it is better that you don’t trust it because I felt like it is better to listen to the voices for the airline guys who calls the passengers by voice (not microphone, simply loud human voice), rather than looking into this not updated screen. So Just imagine : it is 15 minutes to the flight departure time, on the screen the Dubai flight status is “Check in” and there is No One knows or can answer to your questions.Finally , 5 minutes before the flight time  a woman with of mid years, started to ask flydubai passengers to get to the last gate and at this point I just wondered how quick It was that they managed to take us into the plane. I was impressed, but should not hurry. We waited in the plane almost 45 minutes before plane started moving. As pilot expressed there is heavy traffic in Kathmandu Airport, but how can it it be heavy traffic if I could not see any more than 3-4 planes appearing on runway. In any case, in plane everything , especially pilot and the stewards were very polite and helpful. But never the less we took off 45 minutes and we could not take the speed since the opposite wind was out there.  Amazing isn’t it ?  I started to explain the situation to stuards and they confidently gave me information that they will wait for you , don’t worry.

Landing. I get the first from the bus and almost run to the transfer desk, ask permission to get the first line on the queue. The lady says. “Flight Closed”… But, “It’s not my fault that I’m late, they should wait and take me”, “talk please to this guy with blue jacket”, “which one?”, “this tall one”… I explain situation  he talks over the hand radio and says “No, they will not accept you. Wait, they will come and talk to you.”… This waiting took around 3 hours.   During those 3 hours I was asking , how much I should wait? “You have to wait till the all current flights are over and then they will come to you”… Customer focus is very low.  They even don’t have special person who can deal with this cases. So the guy who works to serve the flights should finish the flight and come to me…

My bed at Dubai airport, Terminal 2

Mr Ramsheed, Polite young flydubai representative came and in a very sincere voice tried to tell me that “they are not responsible if their plane is late and they cannot reach the connection. Passengers should take care about this themselves”, “We also do not give the accommodation,  not re-reserve ticket to the next one ” but “we will do exclusion for you and will make you re-reservation of ticket and the food coupons, not accommodation”

18 hours passed sleeping on the floor, having MacDonalds Burgers (the single food place you have in Terminal 2) and waiting , waiting…

On the back flight. Almost everything was opposite…

Despite the flight from Baku was late a bit again, but, the in-flight experience was wonderful. The plane was really new and equipped with modern technologies, also with the stewards which are really polite and helpful.

FlyDubai inflight experience i had in those 4 flights always was excellent. I don’t have any comments on them. They even on the radio tell that which languages they speak so that people feeling comfortable with communication. They personally consult the ones who sit by the emergency exits so that what they should do if something happens. They also make sure that you understand what is expected to do then. I also respect their staff. Theit clothing is young stylish, and with colorful flydubai abbreviates.

In Summary : If you ask me something about the Flydubai i’ll let you know that it is still good value for the money even if you take the risk of ground services. I’d advice you take Flydubai if you have connection time more than 3 hours. Be on safer side since they are more likely to be again late with departures. If you are in terminal 2 make sure that you have place for sleeping and something to eat. Make sure to ask about your baggage if you are transit passenger.

Even if i got really angry with what they did, i think they can improve ground services quality and offer really good quality for the same less price.

People around the world…

Thinking thinking thinking… We are people so similar and at the same time so different.  We are made from the same bones, muscles and the blood. It is like the same technical characteristic cars but branded with different country, religion and so on qualities. There are so much things that we are influenced during the time we grew up. Family, friends, neighbors, school, teachers and so on. But to our interest we can mentally change but in physics we are the same technical qualities all around the globe.

If we look to the people in 2 perspectives : physical and Mental(soul) side. We can leave physical directly because it is not depending on us, it biologically develops and rules the changes on its own. But mental, soul perspective of people…

Thats one of the reasons why everyone is unical in the world. You can’t find the total copy of somebody in means of physical and mental.  It is like two function with the same known variables but with the additional error parameter which should be something unexpected within some boundaries. That parameter makes us being different from each other.

I was thinking about the unique and different characteristics of the people , but also reminded some details which i wanted to share with you.  Where we go where we see different people from different nations they are not “others” actually. They are also “we are”…    Meaning very similar to us in most of the things.. Some facts…

Finger prints. All the world now uses the fingerprints, but isn’t there anybody who will question that how it happens that in whole world with billions of population 2 of fingerprints which are 1.5 diametric area cannot be identical ?  Cmon, we all understand that cant be happening, just because of “nature” or something. More than 6 billion people and noone has the same pattern in the 1.5 cm finger.

From Quran : (Surah 75. Al-Qiyama (The Rising Of The Dead, Resurrection))

In the name of Allah, Most Gracious, Most Merciful.

1. I do call to witness the Resurrection Day;

2. And I do call to witness the self-reproaching spirit: (Eschew Evil).

3. Does man think that We cannot assemble his bones?

4. Nay, We are able to put together in perfect order the very tips of his fingers.

5. But man wishes to do wrong (even) in the time in front of him.

If you still have questions,, lets go on…

Snow flakes. Did you know that each snow flake that comes to the ground none of them are identical.. They are all different !  Can you imagine how many of them falls to the world each year, month, day… Amazing isn’t it ?  When you think about that it is like the obvious proofs for us waiting that we understand them.

I’d like to share with you some examples… See how they are wonderful…

The unique design of snowflakes

When you look into those pictures in deep they are so ideally shaped. Each form is very beautiful itself. But the main thing is that there are not any identical one in the world. If you try to look it in the Wikipedia, they also say that there was a lot people who were trying to find even close ones, but still no success.

Anyways, those 2 examples was for a brain refreshment. Can those wonderful realities be just it is ?   How can we, being human beings and having the obvious facts that there is a Creator on behind of everything still enjoy our lifes and do not think for long term?

We are the same bodies and different mind people all over the world. But the main thing here is that, we are the same in means of One Creator, One aim of life and One end point…

Dears, Thank you for reading by the end and sharing my thoughts..

Nepaldakı 25 ci günüm

Kathmandu

Artıq 25 gün gəlib keçdi. Geriye dönüb baxıram bu dönəm ərzində edilmiş olan, yaşanmış olan bir çox şeylər oldu. Nepalı daha yaxından tanıdım və hər gün tanımağa davam edirəm. Halbuki hələ Kathmandudan kənara çıxa bilməmişəm. İnşAllah düşünürəm ki, bunu yaxın gələcəkdə hökmən etməliyəm. Kathmandidan fərqli olaraq kənar çox gözəl və təbiat əfsanəsidir. Bura isə hər yerdə evlər tikilmish 4 tərəfi dağ olan bir vadidir. Şəhər tozlu, ara sıra asta küləkli, bir çox hallarda ustü su buxarı ilə əhatələnərək kənarındakı dağlar görünməz olaran bir şəhər.
Şəhərin əsaslı planı olmadığına görə bir necə əsas küçələrdən başqa digərləri hamızı ziqzaqvari və dairəvifason-dur. :) Google mapsda xəritəyə baxsanız görmək olar əslində. Keçən dəfə iş yoldaşımla yeməyə gedirik və yalnız bir maşının girə biləcəyi bir “küçəyə” girdik. Yol gah sağa gedir, gah sola gedir. Camaatın evləri də küçəyə o qədər yaxındır ki, yolu keçərkən pəncərədən boylansan bəlkə də görərsən evdəliləri. Telefindan xəritəyə baxdım, həmin küçə əsas küçələrdən biri kimi göstərilib :) Ya google bizi aldadır ya bu başqa bir maraqlı təcrübədir bilmədim.
Restoranların bir çoxu xaricilərə uyğun olaraq hazırlanıb, yəni onlara xitab edir. Doğrusu həmin yerlərdəki qiymətlər “çox turistvari” olmasa da bura standartlarına görə bahadırlar. Məsələn qəşəng bir göbələr supunu normal bir yerdə 150 rupi ye (1.5 AZN) yeyə biləcəyin halda burada o 400 Rupi dir, yəni 4 AZN haradasa. Bu da ki, buradaki fərq. Maraqli bir şey gördüm keçən dəfə. Burada yaşayan və ya işləyən italyan expatların açdığı restorana getmishdik, axşamüstü hava soyuq idi əlbəttə ki, və camaat nədənsə çoldə oturmushdu. Onları qızdırmaq üçün hər iki 2 stolun arasında balaca bir tonqal qalamışdılar odundan. :) əlbəttə ki, tüstüsü də yerində :) Əsas odur ki, soyuq olmasın his qoxusu gəlsə də sonradan problem deyil …

Avtomobildə

Bayaq facebooka status yazdım ki , Bakıda üstü açıq maşında sürətlə avtobanda bərk sürmək istəyirəm. Səhərdən məni bu hiss bürüyüb. Fikirləşirəm ki, artıq 25 gündür ki, avtomobildən uzağan, sükandan uzağam. Hələm mu azmış kimi 25 gündür ki, 40 km-s dan bərk sürətlə getdiyim 1 dəfə olar, uzağı 2 dəfə olar. Çox təsadfi hallarda burada 60 sürətinə çatmaq olur, o sürəti saxlamaq olur. Maraqlı bir hissdir, avtomobil sürəndə bəlkə də başını müəyyəm miqdar qatır, həyatı fərqli edir. Bura hara gedirəmsə ya sürücü ilə ya taksi ilə gedirəm, mühərrik zəif, hətta bəzən hündürə qalxmaq istəyəndə ilişib qalırıq. Sonradan güc bəla ilə bu işi edirik :)   Bayka həvəsim var, amma hamı məsləhət görür ki, bunu yoxlamayım, çünki təhlükəlidir. Görürəm ki elədir. Ona görə də yoxlamayacağam. Əmanətə xəyanət etmək olmaz.

Bax bu Aston Martinin yeri məlum…

Artıq qaldığım hoteldə ailə üzvü kimi olmuşam. Hər kəs məni tanıyır, hər kəs adımla müraciət edir, hər kəs xüsusi xidmət edir, bir nəfərdən başqa :) İndi deyəcəyəm siz də güləcəksiniz.!:)    Bu gün artıq müştəri xidmətləri üzrə əlaqədar işləyən xanımdan xahış elədim ki, bu məsələyə baxsın.. Deməli nə baş verir. Hər gün , təqribən eyni saatlarda, haradasa 7-8 arasında bir Housekeeping (otaq təmizləyənlər) işçisi koridorun başından başlayaraq bir bir bütün qapiları döyür, 3-4 dəfə “Hauskiiipiiiing….” deyir, sonra qapı açılmasa özü qapını açmağa calışır, görəndə ki, qapı içəridən kilidlidir, kecir o biri qapını döyməyə. Bəs bir iki dəfə də qapını açmışam (təzə vaxtlarımda) :) guler uzle mene deyir ki, “Sir, do you want us to clean something in you room ?, Everything is ok ?” (otağınızda nəyisə təmizləyək, hər şey qaydasındadır ?)  Mən də deyirəm ki, hər şey qaydasındadır. Sağollaşır gedir.    :) )))) İndi mənə başa salın görək bu niyə hər gün narahat edir məni , özü də təkcə məni yox, bütün bizim mərtəbədə yaşayanları? .. Müştərilər ilə iş üzrə adama deyəndə ki , belə bir şey baş verir, inanmadı, o da bir xeyləm güldü. :) Dedi ki, araşdıracağam, indi görək nə olur.

Yeri gəlmişkən, dünən xəbərlərdə eşitdim ki, Nepalda daxili təyyarələrdən biri qəzaya uğrayıb. Dağlarda. Əfsuslar olsun ki, beynəlxalq informasıya agentliklərində bu kimi xəbər ilk səhifəyə çıxmadı. 22 nəfərin hamısı həlak olub. Allah rəhmət eləsin.

Sabaha 2 günlük istirahətimiz var. Burada həftənin biri ust həftə biri alt həftə olur, lap universitetdəki kimi :) ust həftədə yalnız şənbə istirahət olur, alt həftədə isə 2 gün, şənbə bazar istirahətdir. Bu həftə alt həftədir. odur ki, yaxşı istirahət etməyi düşünürəm. Görək necə olur :)

İnşAllah 28 i Bakıya gelirəm.  Bu tarixi artıq gözləməyə başlamışam..

Yadımdan çıxmamışkən, burada artıq ət yeyə bilməməyimin səbəblərindən biri də budur :

Bu şəkildə kəsilən heyvan necə halal olar ki ? bütün qan bədəndə qalır, çölə çıxmağa macal tapmır.

Marketinq kimə lazımdı ?

Həm alana həm də satana lazımdır.

Müştərinin ehtiyacını anlamaq hər kəsə nəsib olmur :)

Soruşa bilərsiniz ki , müştəri şirkətin marketinqini nə edir ki ? Ona görə ki, şirkətin marketinqi olmasa, müştərinin ehtiyaclarını anlaya bilməz və müştərinin ehtiyacını da bilmədiyi üçün ona tam uyğun məhsulu təqdim edə bilməz. Şirkətə isə ona görə lazımdır ki, müştərinin əhatə olunmamış ehtiyacını ödəyə bilərək bunun əvəzində “əlavə zəhmət haqqı” qazana bilsinsin.
Bütün şirkətlərin son məqsədi gəlir qazanmaqdır. Kimsə deyirsə ki, uzun vədədə gəlir qazanmaq məqsədi olmayan şirkət var. İnanmayın :) Qeydi kommersiya və xeyriyyə təşkilatlarını çıxsaq əlbəttə ki. Əslində onların da məqsədi hər hansısa bir şəkildə maddi və ya maddi olmayan bir gəlirə çıxır. Nə isə sözüm onda deyil. Bu söhbəti ona görə açdım ki, ara sıra elə şeylər eşidirəm ki, ay filan şirkət filan şeyi havayi verir heç bir maddi məqsədi yoxdur. Var əlbəttə ki, bəlkə də qisa bir müddətdə onun nə olduğunu başa düşməkdə çətinlik çəksək də…Yaxşı bir atalar sözü var: “Pulsuz pendir yalniz tələnin üstündə olar” :) Düz deyirlər.
Gəlin bir yerdə məsələyə kənardan baxaq… Gördüyümüz kimi, məqsədi gəlir qazanmaq və gəlirini maksimallaşdırmaq olan bir şirkətin öz istehsal elədiyi məhsulları sata bilib pul qazanmasi o qədər əhəmiyyətlidir ki, məhz bu satış olmasa onun gəlir mənbəyi yoxdur. Gəlir mənbəyi yoxdursa demək ki, o şirkətin mövcud olmasının bir məntiqi yoxdur.

Sizin həyətinizdə yumurta qoyaq toyuqlardan biri :)

Düşünün ki,yumurtasından pul qazanmaq üçün həyətinizə 10 cüt toyuq almısınız. Hər gün onları yemləyirsiniz, qayğılarına qalırsınız. Hər gün də yumurta qoyurlar. Gun keçə keçə yumurtaların sayı arta arta gedir və bu sizi sevindirir. Amma nə qədər ki, bu yumurtaları evinizdən çıxarıb satmırsınızsa və ya əvəzinə bir şey almırsıınızsa o halda onların sizin üçün dəyəri şəxsi istifadə zamanı yaratdığı dəyərdən çox deyildir. Deməli istənilən halda artıq yumurtaların satılması ən rasional addımdır.
Əla… yaxşı…
İndi düşünək ki,satmaq istəyirsiniz və yumurtaları həyətinizdə bir yerə yığmısınız və müştəri gözləyirsiniz ?
heç kim bilmir axi siz satırsınız… təsadüfən kimsə sizə qonaq gələr onda bilər ki, satırsınız. O da ya alaar ya da almaz…
Heç kimsə işini bu qədər təsadufə buraxmaz, deyilmi ? :)
Yaxşı, bəs küçədə qapınının ağzına qoysa neçə ?
Mərkəzi bazara çıxarsa necə ?
2 hissəyə bölüb birini varlıların yaşadığı məhəllənin bazarında biri 1 manata, ikinci hissəsini adi bazarda saxlayıb 20 qəpiyə satsa necə?
Bir dəfəyə 30 yumurta alana 5 yumurta veriləcəyi haqqında elan yapışdırsa ?
….

..

Variantlar çoxdur və həqiqətən çoxdur…
Deməkki, bizim üçün nə qədər çox satsaq o qədət çox qazancdır. Bunun maksimum miqdarı da sizin əlinizdə olan yumurtaların sayı qədərdir əlbəttə ki.

Segmentasiya

Deməli Marketinq insanların məhsuldan xəbərdar olmaları, onlara uyğun təklif verilməsi və şirkətin gəlirini maksimallaşdırmaq üçün olan fəaliyyətlərdir. Əlbəttə ,  biz burada tərif yazmaq istəmirik, amma deyilən kimi, məqsəd müştəriləin ehtiyaclarını görmək, onlara uyğun təkliflər hazırlamaq və  bu məhsulun satılması üçün çalışmalardır.

Bir anlıq təsəvvür edək ki , şirkətlərdə marketinq olmasaydı nə olardi -  :)

  • Çox isti olan yerdə şirkət kondisioneri olmayan avtomobillər gətirib satmağa calışardı,
  • Təyyarə biletlərinin qiyməti dəyişməz olaraq qalardı.  Aslı deyil 10 gün əvvəl alırsınız ya 5 saat əvvəl.
  • Dükanların önündə bizi sevindirən “endirim” yazılarını görməzdik.
  • Aldığımız məhsullarda heç birində təminat “qarantiya” olmazdı.
  • Rəqabət anlayışı olmazdı. Yəni aşağı keyfiyyətli məhsullar yüksək qiymətlə satıla bilərdi.
  • Komputerlərin ölçüləri fərqli olmazdı. Hamısı eyni ölçüdə olardı.
  • Küçələri bəzəyən reklamlar olmazdı. Bir ehtiyacımızı ödəmək üçün gərək müştərilər özləri həmin şirkəti axtarıb tapardılar. Gülməlidir deyilmi ? :)
  • və bütün bunların nəticəsində çoxlu iflasa uğrayan şirkətlər, məhsul çatışmamazlığı, iqtisadiyyatın çox ləng inkişafı və s.

Əslində Marketinqin çox zəif və ya olmamasının nümunələrindən biri də Sovet dövründə olub :) Yadınıza gəlirsə əlbəttə ki. Keyfiyyətli mallar həmişə “importni” mallar olurdu, çunki o məhsullar rəqabət mühitində hazırlanmışdılar.

Marketinq bugünki dünyanın ehtiyacıdır. Hər bir şirkət bunun adını marketinq qoysa da, qoymasa da bu fəaliyyətlərlə məşğul olur. Marketinq olmasa yaşamaq olmazmi ?  ,,, Olar Əlbəttə ki. İnkişaf istəyirsinizsə Marketinqsiz mümkün deyil…

Bəzi xoşuma gələn marketinq nümunələrini sizinlə bölüşmək istəyirəm :

Spagetti reklami :)
Şokolad .... Bəh bəh bəh...
Kartof - Sizə çox yaxın :)

Necə bir insan olmaq lazımdır?

Əlbəttə necə birisi olmağınızı sizə nə İmran nə də ki, başqa bir şəxsin öyrətməsini düşünmürəm bu yazıda.  Çox sadə yanaşaq, istəyirsinizsə. Həyatımız çox qısadır, əgər bunu hiss ediriksə… İllər hiss eləmədən bizi o biri tərəfə yola salır. Bəs bu qısa zamanı (Ortalama 60-70 il) necə istifadə edək ki , sonradan ömrümüzün sonuna doğru “kaş ki”, “heyif ki” ifadələrindən istifadə edib əfsuslanmayaq. Olur ele şeylər, mən də az görməmişəm elə yaşlı insanlar hansı ki, gənc vaxtında elədikləri hansısa şeylərdən danışır və ifadəsini “mənim indiki ağlım onda olardi” fikri ilə bitirir. Bizlərdən heç kim, yaşadığımız həyata görə sonradan peşman olmaq istəmirik, deyilmi ?

Necə birisi olmalıyıq...
Necə birisi olmalıyıq...

Sizlərdən birisi nə isə bir davranış edəndə onun doğru olub olmadığını bilmək üçün nə edirsiniz ? :) Əminəm ki, çox fərqli cavablar ala bilərəm sizlərdən… Adətən ya kiminləsə məsləhətləşirik, ya kimdənsə və ya hansısa kitabdansa nümünə götürüb ona istinad edirik, ya da ki, ümumiyyətlə heç bir şey düşünməyib “onsuz da mən nə edirəmsə düz edirəm !” fikri ilə davam edirik :) Ciddi deyirəm ,  elə fikri olanlar da az deyil.  Amma bu çox risklidir. Bilirsiniz nəyə oxşayır, insan özü öz fikirlərini, davranışlarını muhakimə etmədikcə, daxilində məhkəmə sistemi olmayan bir quruluş yaranır. Bu muhakime edilmeyen muhit, insanı məsuliyyətini daşımaq istəmədiyi hərəkətlərə sövq edər və həyatı bərbad edər. Ehtiyatlı olaq…

Nə isə, sözüm onda deyil. Mən global davranış standartların, kodeksinin nə olduğunu aydınlaşdırmağa çalışıram və bunun üçün də gördüyüm, bildiyim, anladığım təcrübələrlə sizinlə bölüşmək istəyirəm.

Əslində davranışlarımızı nəyəsə görə ölçə bilməyimiz lazımdır. Məsələn metrə olmasaydı nəyinsə 2 və ya 3 metrə olduğunu bilmədiyimiz kimi, və ya 1kq lıq daş standartının olmasaydı, çəkini ölçə bilmədiyimiz kimi, ağır görməsəydik nəyin yüngül olduğunu bilmədiyimiz kimi, və bundan sonra minlərlər sadalaya biləcəyimi ” kimi” – lərdən sonra, nəyin doğru davranış olmadığını  bilmədiyimiz təqdirdə, nəyin yalnış olduğunu bilə bilmərik. Uşaq vaxtı bir kitab var idi , kimin yadındadırsa, rusca idi “Что хорошо, а что плохо”, adında. Səhv eləmirəmsə indi Azərbaycan dilində də var onun tipində kitablar. Orada 2 uşaq şəkli var idi , biri səliqəli oturub yeməyini yeyir, diger şəkildə isə uşaq uzanıb ve kotletlərinin bir qismi yerdə bir qismini yeyib, hər şeyi dağıdıb. Bu şəkillərin altında bu yaxşıdır bu isə pisdir, yazılıb. Deməkki bizi, tam o vaxtlardan bu standarlara sahib olmağa öyrədiblər.

Düşüncələrim məhz ona gəlir ki , elə  bir adamın həyatından misal götürməliyik ki, onun bütün həyatı bir nümunə olsun, heç bir səhvi olmasın, hər bir dediyi hər bir etdiyi sözdə, hərəkətdə bir məna olsun, uğur qazanma prinsipləri təcəlli olsun, təkcə sözlərlə yox həyatı ilə insanlığa nümunə olsun və s…  Belə bir yaşamış və ya yaşayan insanı siz tanıyırsınızmı ?…  Əgər cavabını bilmirsinizsə, o halda davam edirik…

Mən elə bir adam tanıyıram ki , bütün yuxarıda sadalananlar onda var və bundan əlavə o qədər sadalaya bilməyəcəyim çox yüksək insani keyfiyyətlər. Dünyada ən çox yayılmış insan adı məhz onun adıdır. Uzun illər boyu dunyada indiyə qədər gəlib keçmiş insanlar arasında ən kamil insan, ən agıllı insan dərəcəsi məhz ona verilmişdir. Həyatının sonuna qədər, hər bir məsələdə elə davranmışdır ki, onu indiyə qədər özünə nümunə seçənlər heç vaxt peşman olmamışlar.

Bilirsiniz Onu ?


O Məhəmməd Peygəmbər (səs) – dir !

Hədisi Şərifə istinad edək : “Məni Rəbbim tərbiyə etdi. Bunun üçün çox gözəl tərbiyə edildim.”

Məgər öz tərbiyəmizə, davranışımıza ölçü gətirmək üçün belə bir tərbiyədən gözəl hansı tərbiyə, hansı davranış kodeksi , hansı həyat tərzi ola bilər?

Sizi bu sualla baş başa buraxıram burada…

Bir Azərinin Nepaldakı iç dünyası

Bəzilərinizə söz verdiyim kimi, ingilis dilindən savayı arada Azərbaycan dilində də yazmağı yoxlayacağam. Bismillah deyək və yazımıza davam edək.

Hal hazırda bu yazını yazarkən...

Artıq 10 gündür ki, Azerbaycandan uzağdayam. Ele düşünməyin ki, günlərimi sayıram və bunun haqqında yazmağı planlayıram. Yox. Sadəcə daxili aləmimdə baş verənləri sizinlə bir qədər bölüşməyə calışacağam. Həyat eyni qayda ilə davam edir. Səhər 7-30 da durub, asta yerishlərlə işə hazırlaşıb aşağı düşürəm ki, səhər yeməyini yeyim. Restorana ilk girən kimi məni gülərüz bir yerli mətbəx işçisi qarşılayır. Ona  “As always” deyib kecirəm digər yeməklərdən özümə götürməyə. Onun işi orada omlet bişirməkdir, mənim istədiyim də həmişəki kimi pendiri cox olan  , göbələk və yaşılı olan, axıra qədər bişməmiş olan omleti əldə etməyimdir. Artıq necə deyəllər bir birimizi bir sözdən başa düşürük.  Otağdan çıxarkən qapının altından səhər sübhdən otağıma atılan “Himalayan” qəzetini özümlə götürürəm ki, çay icəndə oradan da maraqlı tapdığım şeyləri oxuya bilim. İnanırsınız, həmişə də Azərbaycanlıya maraqlı olan, üz gülümsədən yazilar, məqalələr və şəkillər tapıram. -)

İşə gedərkən burada ən lüks maşınlardan sayılan Suzuki Maruti markalı avtomobillə gedirik. Rolu sağda, mexaniki qutu, qısacası demək olar ki , hər şeyi bizim öyrəşdiyimizə tərs olan bir maşın. Azərbaycanla müqaisə etmək istəsəm S class mercedeslə paralel gətirə bilərəm bu maşını. Hə, lap yadımdan çıxmışdı, mühərriki də cəmi 1.3 litr dir. Belə maşınları sürmələrinin səbəbini əslındə öncəki yazılarımda demişdim. Oxumaq imkanı olmayanlar üçün deyim ki, avtomobili ölkəyə gətirmək üçün vergi çoxdur, ona görə 3 qat baha qiymətə gəlib insanlara çatır.   Avtomobildə gedərkən səhər günəşinin isti şuaları pencərədən üstümə düşür. Günəş eynəyimi də ona görə həmişə oteldən çıxanda özümlə götürürəm. Pencereden kenara baxiram…. Motor-bike çox olan bir nəqliyyat, özü də hamısı yolun tərs tərəfi ilə gedirlər. İlk zamanlar mənim üçün bu böyük bir anlaşılmamazlıq idi ki, kim harada kimə yol verməlidir amma sonradan aydın oldu ki, heç demə qaydalar da əməlli yox imiş. Kim necə bacarır, elə də sürür.  Qəzalar da az olmur. Sadəcə ən yüksək sürət şəhər içində (istəsən də ondan bərk gedə bilmirsən) təqribən 40km.s olduğuna görə xirda xəsarətlərlə camaat qurtulur. Pencərədən baxarkən bu tozlu kücələrin yanında bizim gözəl rənglənmiş küçələrimiz yada düşür… Bakıda maşın sürərkən kimsə yanından “Vızzzz” eləyib keçir haaa,,, burada hər kəs 40 km.s ilə “vızz” elədiyinə görə hiss eləmirsən.

Nəhayət gəlib işə çatırsan. Hava günəşli. Maşından düşən kimi də səni gözləyən bir Nepallı “Good morning, Sir” deyir və sən də başınla işarə edib “Good morning” deyirsən və ofisə addımlayırsan. Ofisin qabağı da motor-bike ilə doludur. İşçilərin “maşınlarıdı” çoxu. Maşınını həyətdə saxlayıb özü isə kaskasını götürüb yuxarı qalxır. Mən isə belimdə ryuqzakım yuxarı qalxıb öz tağımıza keçirəm. Artıq buradan sonra ofisdən oyrəşdiyimiz standartlarla üzləşirsən. Fərqlər bilinməməyə başlayır. Düşünürəm hərdən ki, fərqlər məhz müqaisə edib nəticə çıxarmaq üçün imiş məgər… Yoxsa biz əlimizdə olan nəyin qədrini bilirik ki…

Binokulu  həmişə özümlə aparıram işə çünki, ən üst mərtəbədən hava yaxşı olanda gözəl mənzərə var. Baxaqda Katmandu ərazisi hamısı eləcə də üstü qarla dolu olan hündür dağlar görünür. Çox xoşuma gəlir o dağlara, şəhərə baxmaq. Düzdür, hava çox isti olanda havadakı su buxarı görünüşü korlayır, amma adamın bəxti gətirəndə bu mənzərəyə şahid ola bilirsən.

5 Azərbaycanlı var bu şəhərdə, böyük ehtimal ölkədə. Biri də mənəm. Facebookda bu haqda statusuma bir koment yazıblar hansı ki, lap yerinə düşür bu halda. Buradaki 5 kişidən biriyəm :)    Əslində dünyanın bütün ölkələrində artıq Azərbaycanlılara rast gəlmək olar. Bu da əlbəttə ki , çox sevindirir. Hamısı çox səmimi və urəyə yaxın insanlardır. Keçən dəfə bir yerdə şam yeməyinə bir restorana getdik, o qədər xatirələr varları idi ki,,, hamısını da məndən soruşurdular, çünki özləri uzun müddətdir ki , buradadırlar və vətəndən üzaq həyat yaşayırlar. Əlbəttə ki, adamın öz yeri başqadır.

Heç düşünə bilərdim ki , bir gün gələcək ki , İmran Nepalda belə bir müddətə yaşayacaq, işləyəcək? Budur tale, budur qismət, budur alın yazısı… Allahın istiqamətləndirdiyi bir məkandır. Buranın da haqqını verməliyik. Bu torpağın insanlarına da əlimizdən gələni ilə kömək və onların özlərinin ayağa qalxmaları üçün şərait yaradılmasında iştirak etməliyik.  Milləti, dini, irqi fərli olsa da, özü bunu bilməsə də, bəlkə də anlamasa da, bir Allah bəndəsidir.  Gəldiyin yerin insanına hörmət eləməlisən, onlara lazımı diqqəti göstərməlisən. Ona görə yox ki, onlardan hansısa dərəcədə asılılığın var, ona görə ki, sən də Azərbaycanda deyil məhz Nepalda doğula bilərdin və onlardan biri olardın, çox şeylərdən məhrum olardın.  Düşünürsən anlayırsan. İnsanın dəyəri onun əməlləri ilə ölçülə bilər ancaq.

İndi axşamdı. Otel otağımda oturub bunları sizinlə bölüşürəm və sanki bir söhbət etmiş kimi oluram.  Qurur verici bir şeydir ki, buraya ara-sıra gəlirsiniz, yazdıqlarımı oxuyub fikirlərinizi deyirsiniz. Çox sağolun, əlləriniz var olsun.

İmran.